"Mançester Siti" və "Arsenal" İngiltərə Liqa Kubokunun yarımfinalına çıxıb - VİDEO - YENİLƏNİB
- 19 dekabr, 2017
- 23:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 dekabr. REPORT.AZ/ "Mançester Siti" "Lester Siti" üzərində qələbə qazanaraq futbol üzrə İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinə çıxıb.
“Report” xəbər verir ki, "Mançester Siti" Bernard Silvanın 26-cı dəqiqədə vurduğu qol sayəsində önə çıxıb.
96-cı dəqiqədə "Lester"in forvardı Ceymi Vardi penaltindən hesabı bərabərləşdirib.
İki əlavə vaxt qalibi müəyyən etməyib.
Penaltilər seriyasında Hosep Qvardiolanın yetirmələri qələbə qazanıb.

***01:58
Londonun "Arsenal" klubu futbol üzrə İngiltərə Liqa Kubokunun ¼ finalında "Vest Hem Yunayted" üzərində qələbə qazanaraq yarımfinala çıxıb.
“Report” xəbər verir ki, görüş 1:0 hesabı ilə "topçular"ın xeyrinə başa çatıb.
Matçda yeganə qolun müəllifi hücumçu Denni Uelbek olub.