"Mançester Siti"nin Holannla müqavilə ilə bağlı danışıqları dalana dirənib
Futbol
- 04 oktyabr, 2024
- 08:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Siti" klubunun norveçli hücumçu Erlinq Holannla müqavilə müddətinin uzadılması ilə bağlı danışıqları dalana dirənib.
"Report" xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər 24 yaşlı futbolçunun müqaviləsindəki təzminatın məbləği ilə bağlı razılığa gələ bilmirlər. Holann sərbəst qalma məbləğinin 100 milyon funt sterlinq olmasını istəyir. Klub rəhbərliyi isə bu məbləği çox kiçik hesab edir.
Tərəflər arasında danışıqların yaxın həftələrdə də davam etdiriləcəyi gözlənilir.
Qeyd edək ki, Erlinq Holannın "Mançester Siti" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
Son xəbərlər
18:55
Yəmən sahillərində tankerə yaxınlaşan qayığa xəbərdarlıq atəşi açılıb
Digər ölkələr
18:39
Foto
Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub
Fərdi
18:21
El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları, köpəkbalıqlarını və dəniz ilanlarını gətirib
Digər ölkələr
18:17
Anthropic: Süni intellekt ABŞ iqtisadiyyatını 2030-cu ilədək 44 trilyon dollara çatdıra bilər
Digər ölkələr
17:56
Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
Sənaye
17:53
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə qalib gəlib
Futbol
17:45
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Hadisə
17:43
Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Biznes
17:31
Azərbaycanda 9 ayda avtomobil nəqliyyatı ilə 1,8 milyarda yaxın sərnişin daşınıb
İnfrastruktur