"Mançester Siti"nin əsas yarımmüdafiəçisi bir ay oynamayacaq

Futbol
  • 22 yanvar, 2021
  • 08:55
Mançester Sitinin əsas yarımmüdafiəçisi bir ay oynamayacaq
Kevin De Bröyne

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kevin De Bröynenin durumuna aydınlıq gəlib.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, Premyer Liqada "Aston Villa" ilə matçda zədələnən 30 yaşlı yarımmüdafiəçi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Belçikalı oyunçunun bud əzələsində problem aşkarlanıb.

Qeyd edək ki, Kevin De Bröyne cari mövsüm 23 oyun keçirib, 3 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.