"Mançester Siti" "Çelsi"yə qalib gəlib, "Mançester Yunayted" uduzub

Futbol
  • 25 sentyabr, 2021
  • 13:42
Mançester Siti Çelsiyə qalib gəlib, Mançester Yunayted uduzub

İngiltərə Premyer Liqasında VI turun mərkəzi görüşü "Çelsi" və "Mançester Siti" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Londondakı "Stemford Bric" stadionunda təşkil olunmuş qarşılaşmanın taleyini bir qol həll edib. 53-cü dəqiqədə qonaq komandanın futbolçusu Qabriel Jezus fərqlənib.

"Mançester Siti"dən fərqli olaraq, "Mançester Yunayted" öz meydanında "Aston Villa"ya eyni hesabla məğlub olub. "Old Trafford" stadionundakı görüşdə yeganə qolu 88-ci dəqiqədə Kortni Hos vurub.

"Qırmızı şeytanlar" uzatma dəqiqələrində penalti qazansalar da, Brunu Fernandeş bu imkandan yararlana bilməyib.

44 - Tezliklə