Mahir Emreli növbəti qolunu vurub, komandası uduzub

Futbol
  • 25 sentyabr, 2021
  • 19:53
Mahir Emreli növbəti qolunu vurub, komandası uduzub
Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" komandası Polşa çempionatında növbəti oyununa çıxıb. 

"Report"un məlumatına görə, Varşava təmsilçisi IX turda "Rakuv"u qəbul edib. 

Qarşılaşma "Legiya"nın 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matça start heyətdə başlayan Emreli 33-cü dəqiqədə komandasının ilk qoluna imza atıb və sonadək meydanda olub. 

Qeyd edək ki, rəqiblərindən iki oyun az keçirən paytaxt klubu hazırda 7 görüşdən sonra 9 xalla 14-cü pillədə qərarlaşıb. 

23:36

"Legiya"da çıxış edən Azərbaycan millisinin futolçusu Mahir Emreli Polşa çempionatında növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu IX turda "Rakuv"la oyunda fərqlənib.

Forvard 33-cü dəqiqədə Varşava təmsilçisinin bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, görüşdə ilk hissə oynanılır və hesab 1:1-dir. Mahir Emreli VIII turda "Qurnik Lençna"ya 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada da adını tabloya yazdırıb.

Mahir Emreli növbəti qolunu vurub, komandası uduzub