Mahir Emreli milli komandanın sabiq baş məşqçisi ilə görüşüb

Futbol
  • 15 mart, 2022
  • 19:20
Mahir Emreli milli komandanın sabiq baş məşqçisi ilə görüşüb

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviçlə görüşüb.

"Report"un məlumatına görə, bu barədə 25 yaşlı hücumçu özünün instaqram səhifəsində paylaşım edib.

56 yaşlı xorvatiyalı mütəxəssislə fotosunu yayımlayan forvard "Uzun müddətdir görüşmürük" yazıb.

Qeyd edək ki, Nikola Yurçeviç 2019-cu ildə Azərbaycan yığmasına rəhbərlik edib.

44 - Tezliklə