Mahir Emreli "Legiya"nın heyətində Avropa Liqasında ilk qolunu vurub

Futbol
  • 19 avqust, 2021
  • 17:31
Mahir Emreli Legiyanın heyətində Avropa Liqasında ilk qolunu vurub
Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" komandasının heyətində UEFA Avropa Liqasında ilk qolunu vurub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu pley-off mərhələsinin Çexiyada "Slaviya" ilə ilk görüşündə fərqlənib.

Meydana start heyətində çıxan Emreli 20-ci dəqiqədə hesabı açıb. Hazırda "Legiya" bu qolla öndədir - 1:0.

Mahir Emreli "Legiya"nın heyətində Avropa Liqasında ilk qolunu vurub

44 - Tezliklə