"Qarabağ"ın hücumçusu Azərbaycan çempionatları tarixinə düşdü
Futbol
- 26 aprel, 2021
- 09:23
"Qarabağ" klubunun futbolçusu Mahir Emreli Azərbaycan çempionatları tarixinə düşüb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ən sürətli het-trik müəllifi olub.
O, Premyer Liqada XXIV turun “Qəbələ” ilə səfər oyununda (5:0) 3 dəqiqəyə üç qol vurub. Mahir 88, 89 və 90-cı dəqiqələrdə fərqlənib.
Emreli bununla da Nadir Nəbiyevin 15 il əvvəl imza atdığı rekordu yeniləyib. O, 2005/2006 mövsümünün 2006-cı il martın 11-də keçirilmiş matçında fərqlənib. Nəbiyev “Neftçi”nin MOİK-lə ev qarşılaşmasında (4:0) 7 dəqiqəyə (13, 17 və 19-cu dəqiqə) het-trik edib.
Qeyd edək ki, 2018/2019 mövsümündə iki het-trikə imza atan Mahir Premyer Liqada 3-cü dəfə belə uğurun müəllifi olub.
Son xəbərlər
19:44
"Arsenal" Uilyam Saliba üçün azı 150 milyon avro tələb edir
Futbol19:38
Foto
Vüqar Mustafayev Səlcuq Bayraktarla hərbi-texniki əməkdaşlığı müzakirə edib
Hərbi19:21
Foto
Düşənbə və Bakı ikitərəfli münasibətlərin müsbət dinamikasını qeyd edib
Xarici siyasət19:14
Samvel Karapetyanın ev dustaqlığı 2 ay uzadılıb
Digər ölkələr19:11
Əraqçi: ABŞ-nin yeni hərbi avantüralarının nəticələri olacaq
Region18:48
Əmək bazarının inkişafı istiqamətində görülən işlər və vəzifələr müzakirə olunub
Sosial müdafiə18:42
İsrail ordusu HƏMAS-ın Xan-Yunisdəki Qərb bölüyünün komandirini öldürüb
Digər ölkələr18:28
Video
Zaqatalada sel səbəbindən köməksiz qalan beş nəfər xilas edilib
Hadisə18:19