"Los-Anceles Qelaksi" klubu məşhur futbolçu ilə yollarını ayırıb

Futbol
  • 27 noyabr, 2018
  • 07:10
Los-Anceles Qelaksi klubu məşhur futbolçu ilə yollarını ayırıb

Bakı. 27 noyabr. REPORT.AZ/ İngiltərə milli komandasının sabiq futbolçusu Eşli Koul ABŞ-ın "Los-Anceles Qelaksi" klubunu tərk edib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı müdafiəçi ilə müqavilə uzadılmayıb. Los-Anceles təmsilçisi daha 7 futbolçu ilə də yollarını ayırıb.

Qeyd edək ki, Eşli Koul İngiltərə "Arsenal"ının yetirməsidir. O, London komandasının formasını 1998 - 2006-cı illərdə geyinib. Sonradan Koul "Çelsi" və İtaliya "Roma"sında da çıxış edib. Təcrübəli müdafiəçi 2016-cı ildə Avropadan ayrılaraq, karyerasını MLS-də davam etdirməyə qərar verib. 

44 - Tezliklə