"Lokomotiv"i "Şükrü Saracoğlu" stadionuna gətirən avtobus daşa basılıb

Futbol
  • 16 fevral, 2016
  • 17:51
Lokomotivi Şükrü Saracoğlu stadionuna gətirən avtobus daşa basılıb

Bakı. 16 fevral. REPORT.AZ Türkiyənin İstanbul şəhərində "Fənərbağça" ilə oyundan öncə Rusiya "Lokomotiv"ini "Şükrü Saracoğlu" stadionuna gətirən avtobus daşa basılıb. "Report"un məlumatına görə, avtobus 100-dək polisin mühafizəsində olsa da, azarkeşlər içki şüşəsi və daş atmağa başlayıblar.

Bu, 20 saniyəyədək davam edib. Maşınlardan çıxan polislər fanatları qovublar. Azarkeşlərdən 3-ü isə saxlanılıb. 

Qeyd edək ki, iki klub arasında Avropa Liqasının ilk 1/16 final matçı saat 21:00-da başlayıb.

Hazırda "Fənərbağça" 1-0 öndədir.