"Liverpul" tarixi ərzində çempionatda ən yaxşı başlanğıcını gerçəkləşdirib
Futbol
- 06 dekabr, 2018
- 08:39
Bakı. 6 dekabr.REPORT.AZ/ İngiltərə Premyer Liqasının XV turunda səfərdə "Börnli"ni 3:1 hesabı ilə məğlub edən "Liverpul" klubu yeni rekord müəyyənləşdirib.
"Report" klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, bu qələbədən sonra komanda 126 illik tarixi ərzində çempionatda ən yaxşı başlanğıcını edib.
Yurgen Kloppun baş məşqçilik etdiyi kollektiv 15 matçın 12-də qələbə qazanıb və üç qarşılaşmada heç-heçə edib.
Qeyd edək ki, "Liverpul" 1892-ci ildə yaranıb. Komanda hazırda 39 xalla turnir cədvəlində 2-ci sıradadır. "Mançester Siti" isə 41 xalla 1-ci yerdədir. "Mersisaydlılar" XVI turda "Bornmut"un qonağı olacaq. Dekabrın 8-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.
Son xəbərlər
05:41
Yəmən husilərə qarşı ümumi səfərbərlik çağırışı edib
Digər ölkələr05:09
Pezeşkian: İran artıq ABŞ-yə etibar etmir
Region04:38
Mbappe zədə səbəbindən Fransa millisindən ayrılacaq
Futbol04:17
Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr03:48
Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Digər ölkələr03:28
Britaniya Baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna edib
Digər ölkələr02:57
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb
Digər ölkələr02:32
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qadağanı uzadıb
Region02:08