"Liverpul" son 60 ilin ən pis nəticəsinə imza atıb

Futbol
  • 23 noyabr, 2025
  • 08:36
Liverpul son 60 ilin ən pis nəticəsinə imza atıb

İngiltərə Premyer Liqasının XII turunda "Nottinqem Forest"ə 3:0 hesabı ilə məğlub olan "Liverpul" yarışda son 60 ilin ən pis nəticəsinə imza atıb.

"Report" bu barədə "Opta Sport" statistika portalına istinadən xəbər verir.

"Liverpul" 1965-ci ildən bəri ilk dəfə İngiltərə Premyer Liqasında ardıcıl iki məğlubiyyət (buraxılan üç və ya daha çox qolla – red.) alıb. Həmin vaxt kluba Bill Şenkli rəhbərlik edirdi.

"Liverpul" hazırda 18 xalla İngiltərə çempionatında 11-ci pillədə qərarlaşıb.