Liqa Kuboku: "Liverpul" ilk yarımfinal oyununda "Sautqempton"a məğlub olub - VİDEO

Futbol
  • 12 yanvar, 2017
  • 03:46
Liqa Kuboku: Liverpul ilk yarımfinal oyununda Sautqemptona məğlub olub - VİDEO

Bakı. 12 yanvar. REPORT.AZ/ Futbol üzrə İngiltərə Liqa Kubokunun ilk yarımfinal oyununda "Liverpul" səfərdə minimal hesabla "Sautqempton"a məğlub olub.

"Report" xəbər verir ki, matçda yeganə qolu 20-ci dəqiqədə Neytan Redmond vurub.

Cavab qarşılaşması yanvarın 25-də "Enfild" stadionunda keçiriləcək.

Daha bir finalçı "Mançester Yunayted" – "Hall Siti" qarşılaşmasında müəyyənləşəcək. İlk oyun "qırmızı şeytanlar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Liqa Kuboku: "Liverpul" ilk yarımfinal oyununda "Sautqempton"a məğlub olub - VİDEO

44 - Tezliklə