Lionel Skaloni: "Futbolçularımızın nümayiş etdirdiyi xarakteri və oyunu sözlə ifadə etmək çətindir"
- 16 iyul, 2026
- 02:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Argentina millisinin futbolçularının nümayiş etdirdiyi xarakteri və oyunu sözlə ifadə etmək çətindir.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Cənubi Amerika təmsilçisinin baş məşqçisi Lionel Skaloni İngiltərə yığmasına qarşı DÇ-2026-nın yarımfinal mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis qələbə qazandıqları oyuna şərh verib:
"Söz tapa bilmirəm, həqiqətən deyiləcək heç nə yoxdur. Bu, ölkəmiz və xalqımız üçün böyük sevincdir. Bir neçə gün əvvəl də demişdim ki, yığmamız məni çox təəccübləndirir. Düzdür, biz hər oyuna qələbə qazanmaq və meydanda sonadək mübarizə aparmaq üçün çıxırıq. Amma bu futbolçuların nümayiş etdirdiyi xarakteri və oyunu sözlə ifadə etmək çox çətindir.
Biz özünəməxsus komandayıq. Bunu təkəbbürlə yox, ürəkdən deyirəm. Bu gün azarkeşlər bizi qələbəyə ruhlandırdılar. Onlara sonsuz təşəkkür edirəm".
Qeyd edək ki, Argentina İngiltərə seçməsinə 2:1 hesabı ilə qalib gələrək finala adlayıb.