Lənkəranda ilk dəfə AFFA U-12 Qızlar Liqasına start verilib
- 08 noyabr, 2026
- 14:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Lənkəran Olimpiya İdman Kompleksində ilk dəfə regionda AFFA U-12 Qızlar Liqasının açılış mərasimi keçirilib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Zümrüd Ağayeva, texniki direktor Emrah Aykurt, 15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rövşən Qasımov, həmçinin qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçuları Ayşən Əhmədova və Kamilla Məmmədova iştirak ediblər.
Liqada 8 komanda mübarizə aparacaq. İştirakçıların əksəriyyəti AFFA-nın təşkil etdiyi "FIFA Campaign Festival" və "UEFA Məktəbli Qızlar Turniri"ndə iştirak etmiş futbolçulardan formalaşdırılıb. Turnirin keçirilməsində məqsəd regionda qızlar arasında futbolun inkişafına dəstək olmaq, onların bu idman növünə marağını artırmaq və yeni istedadların üzə çıxarılmasına şərait yaratmaqdır.