"Latsio"nun sabiq futbolçusunun yeni klubu bəlli olub

Futbol
  • 27 sentyabr, 2024
  • 14:57
Latsionun sabiq futbolçusunun yeni klubu bəlli olub

İtaliya A Seriyasında uzun müddət "Latsio"nun formasını geyinən Kristian Ledesmanın baş məşqçi kimi yeni klubu bəlli olub.

"Report" xəbər verir ki, 42 yaşlı mütəxəssis ölkəsinin C Seriyasında çıxış edən "Askoli" klubu ilə anlaşıb.

O, istefaya göndərilən Massimo Karreranı əvəzləyib.

Qeyd edək ki, "Askoli" çıxış etdiyi III Divizionda 6 oyuna 8 xal toplayıb.