La Liqa təmsilçisi 38 yaşlı futbolçusu ilə müqaviləni uzadıb

Futbol
  • 26 dekabr, 2019
  • 14:04
La Liqa təmsilçisi 38 yaşlı futbolçusu ilə müqaviləni uzadıb

İspaniyanın "Betis" klubu futbolçusu Xoakin Sançeslə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Xoakin Sançes "Betis"in yetirməsidir. O, 1999 - 2006-cı illərdə klubun əsas komandasında çıxış edib. Təcrübəli oyunçu "Valensiya", "Malaqa" və İtaliyanın "Fiorentina" klubunun formasını geyindikdən sonra 2015-ci ildə yenidən "Betis"ə qayıdıb.