La Liqa: “Atletik” “Xetafe” ilə heç-heçə edib

Futbol
  • 18 oktyabr, 2022
  • 23:22
La Liqa: “Atletik” “Xetafe” ilə heç-heçə edib

"Atletik" futbol üzrə İspaniya çempionatının X turunda səfərdə "Xetafe" ilə heç-heçə edib.

"Report" xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Bask klubunun heyətində İnaki Uilyams və Raul Qarsiya fərqləniblər. Madrid klubunun qollarını Karles Alenya və Munir El-Haddadi vurub.

Beləliklə, “Atletik” 18 xal toplayaraq turnir cədvəlinin altıncı, “Xetafe” isə 9 xalla 15-ci pillədə qərarlaşıb.