"Kukesi"nin iki əsas futbolçusu "Qarabağ"la cavab matçında meydana çıxacaq

Futbol
  • 26 iyul, 2018
  • 15:32
Kukesinin iki əsas futbolçusu Qarabağla cavab matçında meydana çıxacaq

Bakı. 26 iyul. REPORT.AZ/ Albaniyanın "Kukesi" klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda iki əsas futbolçusundan istifadə edəcək. 

"Report"un məlumatına görə, komandanın baş məşqçisi Armando Kunqu ikinci görüşdə müdafiəçi Vanqel Zquro və hücumçu Artur Reginaldonu meydana buraxa bilər.

Vanqel Zquro Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında Malta "Valetta"sı ilə 1:1 heç-heçə etdikləri oyunda qırmızı vərəqə ilə cəzalandırıldığı üçün "Qarabağ"a qarşı ilk matçda oynamayıb. Mozambikli hücumçu Artur Reginaldo isə Albaniya təmsilçisinin yeni transferidir. 28 yaşlı forvard cavab qarşılaşmasınadək tam hazır olacaq. 

Qeyd edək ki, "Qarabağ" - "Kukesi" matçı avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda təşkil olunacaq və saat 21:00-da start götürəcək. Bu komandalar arasındakı ilk oyun qolsuz bərabərliklə başa çatıb.