Krıxovyak Polşada ən varlı insanların siyahısına daxil olub
Futbol
- 26 dekabr, 2025
- 12:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Polşa millisinin keçmiş yarımmüdafiəçisi Qjeqoj Krıxovyak ölkəsində 40 yaşadək ən varlı insanların siyahısına daxil olub.
"Report" "Wrpost"a istinadən xəbər verir ki, 35 yaşlı futbolçu 109 milyon zlotı (24,8 milyon avro) sərvəti ilə siyahıda sonuncu - 40-cı yerdə qərarlaşıb.
Q.Krıxovyak çoxlu kiçik mağaza sahibi olması ilə tanınır. Həmçinin Polşa və Fransadakı daşınmaz əmlaklarından, o cümlədən fond bazarındakı investisiyalarından gəlir əldə edir.
Qeyd edək ki, futbolçu karyerası ərzində "Reyms", PSJ (hər ikisi Fransa) "Sevilya" (İspaniya), "Vest Bromviç" (İngiltərə) kimi komandaların formasını geyinib. O, 2008-2023-cü illərdə Polşa millisinin heyətində meydana çıxdığı 100 oyunda 5 qol vurub.
Son xəbərlər
19:39
BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Bakıda AQEM sammitində iştirak edəcək
Xarici siyasət
19:35
UEFA Çempionlar Liqası: "Sabah" və "Slaviya" komandalarının start heyətləri açıqlanıb
Futbol
19:26
Səudiyyə Ərəbistanı husilərin nəzarətində olan neft anbarına zərbələr endirib
Digər ölkələr
19:22
ABŞ-nin Yunanıstandakı səfiri istefaya göndərilib
Digər ölkələr
19:20
Foto
Ombudsman Səbinə Əliyeva vətəndaşları qəbul edib
Daxili siyasət
19:10
Saxalində yaponiyalı jurnalist casusluq şübhəsi ilə saxlanılıb
Region
19:08
Xəzər İbrahim: Azərbaycan dini icmalar arasında sülh şəraitində birgəyaşayışı təşviq edir
Region
19:07
Foto
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
Milli Məclis
19:00
"Tasnim": İranın cənub-şərqindəki terrorçulara ağır zərbə endirilib
Region