Kriştianu Ronaldunun yeni baş məşqçisi bəlli olub

Futbol
  • 06 iyul, 2023
  • 13:21
Kriştianu Ronaldunun yeni baş məşqçisi bəlli olub

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının yeni baş məşqçisi bəlli olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Luiş Kaştruya həvalə edilib.

Portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Əl-Nəsr"də Kriştianu Ronaldu və Marselo Brozoviç kimi tanınmış futbolçular çıxış edirlər.