Kriştianu Ronaldunun Çempionlar Liqasında nailiyyəti təkrarlanıb
Futbol
- 11 dekabr, 2024
- 06:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın "Bavariya" klubunun futbolçusu Tomas Müller UEFA Çempionlar Liqasında (ÇL) Kriştianu Ronaldu və Rayan Giqqzin nailiyyətini təkrarlayıb.
"Report"un "Opta Sport"a istinadən məlumatına görə, 35 yaşlı oyunçu buna Ukraynanın "Şaxtyor" komandasına qalib gəldikləri (5:1) Liqa mərhələsinin VI turunun matçında fərqlənməklə nail olub.
Müller, Ronaldu və Giqqz ardıcıl olaraq ÇL-də ən azı bir qol vurmaqla 16 mövsüm keçiriblər. Yalnız Lionel Messi və Kərim Benzema 18 mövsümdə fərqləniblər.
Qeyd edək ki, Tomas Müller cari mövsüm bütün yarışlarda 20 qarşılaşmada iştirak edib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
22:10
Stubb Oslodakı Ukrayna danışıqlarında real irəliləyiş əldə olunduğunu bildirib - Yenilənib
Digər ölkələr
22:01
Foto
İran Prezidenti: ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır
Region
21:56
Foto
UEFA Çempionlar Liqası: "Borussiya" "Sabah"la oyunda yenidən hesabda irəli çıxıb - Yenilənir-5
Futbol
21:39
SEPAH: Hörmüzdə iki milyon bareldən çox neft daşıyan tanker minaya düşüb - Yenilənib
Region
21:36
Foto
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
Hadisə
21:33
Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır
Digər ölkələr
21:24
Foto
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Milli Məclis
21:17
Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq
İnfrastruktur
21:11
Fəridə Cabbarova: Dörd mindən çox azərbaycanlının faciəvi taleyi haqqında həqiqəti dünyaya çatdırmaq istəyirik
Qarabağ