Kriştianu Ronaldu vergidən yayındığına görə həbs oluna bilər

Futbol
  • 25 may, 2017
  • 08:14
Kriştianu Ronaldu vergidən yayındığına görə həbs oluna bilər

Bakı. 25 may. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu vergidən yayındığı üçün 8 milyon avro məbləğində cərimələnə və 4 aylıq həbs cəzasına məhkum edilə bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, vergi qurumu portuqaliyalı hücumçunun 2011 - 2014-cü illər üzrə vergidən təxminən 8 milyon avro məbləğ yayındırdığına dair sübutların olduğunu hesab edir.

Məlumata görə, Ronaldu imic hüququndan əldə etdiyi pulları Vircin adalarındakı ofşor şirkətlər vasitəsilə vergidən gizlədib.