Kriştianu Ronaldu: "Protokolu pozmamışam"
Futbol
- 16 oktyabr, 2020
- 16:21
"Ailəm evin başqa bir mərtəbəsində qalır, bir-birimizlə əlaqə qurmuruq. Protokola hörmət edirəm. Deyilənlər yalandır, protokolu pozmamışam".
"Report"un məlumatına görə, bu fikirləri koronavirusa yoluxan İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu "Football Italia" nəşrinə açıqlamasında deyib.
35 yaşlı hücumçu İtaliyaya xüsusi təyyarə ilə qayıtdığını söyləyib. Ronaldu hətta Turində də heç kimlə əlaqə qurmadığını vurğulayıb.
Qeyd edək ki, oktyabrın 13-də Kriştianu Ronalduda koronavirus aşkarlanıb. Təcrübəli oyunçu A Seriyasının növbəti turunun "Krotone" (17 oktyabr) və UEFA Çempionlar Liqasının qrup mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandaları ilə görüşlərində iştirak edə bilməyəcək.
Son xəbərlər
16:34
Tibbi-meteoroloji proqnoz açıqlanıb
Sağlamlıq16:25
Belçikadakı meşə yanğını Almaniyaya doğru irəliləyir
Digər ölkələr16:19
"Ordu" klubu heyətini Coşua Retamarla gücləndirib
Fərdi16:05
Foto
Türkiyədə baş verən qəzada üç nəfər ölüb, beş nəfər yaralanıb
Region15:59
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayımlayıb
Hərbi15:43
Polşada 17-ci əsrə aid kilsə yanıb
Digər ölkələr15:30
Sabah Cəlilabadın 12 yaşayış məntəqəsində qaz olmayacaq
Energetika15:19
Keyt Duqlass 50 metr məsafəyə sərbəst üsulla üzmədə dünya rekordunu yeniləyib
Fərdi15:11