TNS klubunun baş məşqçisi Kreyq Harrison: "Cavab matçında nəticə qazanmağa çalışacağıq"
- 07 iyul, 2026
- 22:13
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının ilk təsnifat mərhələsində "Sabah"a 0:2 hesabı ilə uduzan TNS (Uels) cavab matçında nəticə qazanmağa çalışacaq.
"Report" xəbər verir ki, bunu TNS klubunun baş məşqçisi Kreyq Harrison UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah"la oyundan sonra mətbuat konfransında deyib.
O, məğlubiyyətin səbəblərini izah edib:
"Çox uzun məsafə qət etmişdik. Bizim üçün çətin oldu. Oyundan qopmamağa və nəticə göstərməyə çalışdıq, amma olmadı. Cavab matçında nəticə qazanmağa çalışacağıq. Hədəfimiz burada vaxt itkisinə yol vermək deyil, yaxşı nəticə idi. Ev oyunlarımızda güclü rəqiblərə qarşı yaxşı nəticələrimiz var. Ümid edirəm, bu göstəricilərdən biri də "Sabah"la cavab matçında olacaq".
Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.