COVID-19-un aşkarlandığı komanda Şotlandiya yığması ilə qarşılaşacaq
Futbol
- 06 sentyabr, 2020
- 19:19

Futbol üzrə Çexiya yığmasının məşqçi qərargahı koronavirusa yoluxmuş oyunçuları operativ əvəz etməyə müvəffəq olub.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Çexiya yığması bazar ertəsi Millətlər Liqasının ev matçında Şotlandiya seçməsinə qarşı oynamaq niyyətindədir.
Qeyd edək ki, bundan əvvəl - şənbə günü Çexiyanın Futbol Assosiasiyası komandanın futbolçularının COVID-19 xəstəliyinə görə matçı keçirə bilməyəcəklərini bildirib.
Yığmada əvəzetmələrlə əlaqədar şotlandiyalılarla matç zamanı futbolçulara David Qoloubek rəhbərlik etməli olacaq. O, yığmanın 18 yaşa qədər oyunçularına məşq keçir.
Millətlər Liqasının birinci turunda Çexiya yığması Slovakiya seçməsinə 3:1 hesabı ilə qalib gəlib.
Son xəbərlər
16:15
"Hizbullah"ın tərksilah edilməsi bir neçə ay çəkə bilər
Digər ölkələr16:05
Komandan: Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır
Daxili siyasət16:03
İsrailin iki nazirinin İspaniyaya girişinə qadağa qoyulub
Digər ölkələr16:02
DÇ-2026: Azərbaycan - Ukrayna oyununa 8 minə yaxın bilet satılıb
Futbol16:02
Fərid Şəfiyev: Azərbaycanın məqsədi Zəngəzur fonunda digər dəhlizlərə əlavə dəyər qatmaqdır
Xarici siyasət15:59
Nepalda etirazçılar Prezident ofisini yandırıblar
Digər ölkələr15:53
Foto
"AzInTelecom" media nümayəndələri üçün təlim təşkil edib
İKT15:49
Azərbaycanın airbadminton millisi dünya çempionatına vəsiqə qazanıb
Fərdi15:48