Konfrans Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib

Futbol
  • 17 sentyabr, 2021
  • 05:17
Konfrans Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib

UEFA Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

"Report"un məlumatına görə, bu ada İsrailin "Makkabi" (Təl-Əviv) klubundan Stipe Peritsa, Danimarka "Kopenhagen"indən Conas Vind, İtaliya "Roma"sından Lorentso Pelleqrini və Avstriya LASK-ından Dario Maresiç iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.