Konfrans Liqası: "Qarabağ"ın son iki rəqibi bir-biri ilə görüşəcək

Futbol
  • 25 fevral, 2022
  • 12:20
Konfrans Liqası: Qarabağın son iki rəqibi bir-biri ilə görüşəcək

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundun cütlükləri bəlli olub.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i 1/8 finalda İsveçrə "Bazel"i ilə qarşılaşacaq. "Bazel" isə qrup mərhələsində "köhlən atlar"ın rəqibi olub.

UEFA Konfrans Liqası

1/8 final

"Marsel" (Fransa) - "Bazel" (İsveçrə)

"Lester" (İngiltərə) - "Renn" (Fransa)

PAOK (Yunanıstan) - "Gent" (Belçika)

"Vitess" (Niderland) - "Roma" (İtaliya)

PSV (Niderland) - "Kopenhagen" (Danimarka)

"Slaviya" Praqa (Çexiya) - LASK (Avstriya)

"Budyo Qlimt" (Norveç) - AZ (Niderland)

Partizan" (Serbiya) - "Feyenoord" (Niderland)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk matçları martın 10-da, cavab qarşılaşmaları isə martın 17-də oynanılacaq.