UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" matçının start heyətləri açıqlanıb

Futbol
  • 01 avqust, 2024
  • 15:05
UEFA Konfrans Liqası: Sabah - Makkabi matçının start heyətləri açıqlanıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Sabah” – “Makkabi” (Hayfa, İsrail) matçının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, "Bank Respublika Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında baş tutan ilk matçda Bakı klubu 3:0 hesabı ilə qələbə qazanıb.

Komandalar aşağıdakı heyətlə çıxacaqlar:

"Sabah": Yusif İmanov, Sofyan Çakla, Con İrazabal, Amin Seydiyev, Boyan Letiç, Elvin Camalov, İvan Lepiniça, Coy-Lans Mikels, Kahim Parris, Cessi Sekidika, Pavol Şafranko.

"Makkabi": Keuof, Pier Kornyo, Lorenso Şimiç, Aleksandr Sirota, Daniel Sundqren, Mahmud Caber, Ali Mohamed, Dolev Haziza, Qadi Kinda, Pierro Françdi, Dia Saba.

44 - Tezliklə