Konfrans Liqası: “Qarabağ”ın mümkün rəqibləri dəqiqləşib

Futbol
  • 07 avqust, 2023
  • 12:11
Konfrans Liqası: “Qarabağ”ın mümkün rəqibləri dəqiqləşib

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

“Report”un məlumatına görə, Azərbaycan çempionu UEFA Avropa Liqasının III raundunda Finlandiya klubu HİK-ə məğlub olarsa, Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) - “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ”ın yer aldığı cütün məğlubu ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də baş tutacaq.