Konfrans Liqası: 1/8 finalın bütün iştirakçıları bəlli olub

Futbol
  • 24 fevral, 2022
  • 22:40
Konfrans Liqası: 1/8 finalın bütün iştirakçıları bəlli olub

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

"Report"un məlumatına görə, evdə Danimarkanın "Midtüllan" klubunu məğlub edən Yunanıstan PAOK-u mərhələ adlayan sonuncu komanda olub.

Görüşün əsas vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki matçın nəticəsinə əsasən, bərabərlik (2:2) qeydə alındığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Burada da hesab dəyişmədiyindən penaltilər seriyasına müraciət olunub. 11 metrlik cərimə zərbələrində daha dəqiq (5:3) oynayan PAOK 1/8 finala yüksəlib.

01:54

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin daha 2 iştirakçısı bəlli olub.

"Report"un məlumatına görə, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" Çexiyada Praqa "Slaviya"sı ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Praqa təmsilçisində qolları 19-cu dəqiqədə İvan Şrants, 27-ci və 63-cü dəqiqələrdə İyra Sor vurub. Qonaqların qollarına isə 39-cu dəqiqədə Mert Hakan Yandaş və 90-cı dəqiqədə Mergim Berişa imza atıblar. İlk matçda da rəqibinə eyni hesabla ilə uduzan İstanbul təmsilçisi avrokuboklarla vidalaşıb. "Slaviya" isə növbəti raunda vəsiqə qazanıb.

Çexiya təmsilçisi ilə yanaşı, Niderland "Vitess"i də 1/8 finala yüksəlib. Yunanıstanda PAOK və Danimarka "Midtüllan"ı arasında keçirilən görüşün əsas vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İki matçın nəticəsinə əsasən, bərabərlik (2:2) qeydə alındığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılacaq.

UEFA Konfrans Liqası, pley-off mərhələsi

Cavab oyunları

24 fevral

21:45. "Qarabağ" (Azərbaycan) - "Marsel" (Fransa) - 0:3

İlk oyun - 1:3

21:45. "Randers" (Danimarka) - "Lester" (İngiltərə) - 1:3

İlk oyun - 1:4

21:45. "Partizan" (Serbiya) - "Sparta" (Praqa, Çexiya) - 2:1

İlk oyun - 1:0

21:45. "Makkabi" (Təl-Əviv, İsrail) - PSV (Niderland) - 1:1

İlk oyun - 0:1

21:45. "Budyo Qlimt" (Norveç) - "Seltik" (Şotlandiya) - 2:0

İlk oyun - 3:1

00:00. "Slaviya" (Praqa, Çexiya) - "Fənərbağça" (Türkiyə) - 3:2

İlk oyun - 3:2

00:00. "Vitess" (Niderland) - "Rapid" (Vyana, Avstriya) - 2:0

İlk oyun - 1:2

00:00. PAOK (Yunanıstan) - "Midtüllan" (Danimarka) - 2:1 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 5:3)

İlk oyun - 0:1

Qeyd edək ki, daha əvvəl Niderlandın AZ, "Feyenoord" və PSV, İsveçrənin "Bazel", Danimarkanın "Kopenhagen", Belçikanın "Gent", Avstriyanın LASK, Fransanın "Renn" və "Marsel", İtaliyanın "Roma", İngiltərənin "Lester", Norveçin "Budyo Qlimt" və Serbiyanın "Partizan" klubları 1/8 finala adlayıblar.

23:40

UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

"Report"un məlumatına görə, 8 qarşılaşmadan beşi artıq başa çatıb.

Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"a 3:0 hesabı ilə qalib gələn Fransa "Marsel" 1/8 finala yüksəlib. "Köhlən atlar" Marseldəki matçda rəqibinə uduzmuşdu - 1:3.

"Marsel"lə yanaşı, İngiltərə "Lester"i, Serbiya "Partizan"ı, Niderland PSV-si və Norveç "Budyo Qlimt"i də adını növbəti raunda yazdırıb.

UEFA Konfrans Liqası, pley-off mərhələsi

Cavab oyunları

24 fevral

21:45. "Qarabağ" (Azərbaycan) - "Marsel" (Fransa) - 0:3

İlk oyun - 1:3

21:45. "Randers" (Danimarka) - "Lester" (İngiltərə) - 1:3

İlk oyun - 1:4

21:45. "Partizan" (Serbiya) - "Sparta" (Praqa, Çexiya) - 2:1

İlk oyun - 1:0

21:45. "Makkabi" (Təl-Əviv, İsrail) - PSV (Niderland) - 1:1

İlk oyun - 0:1

21:45. "Budyo Qlimt" (Norveç) - "Seltik" (Şotlandiya) - 2:0

İlk oyun - 3:1

00:00. "Slaviya" (Praqa, Çexiya) - "Fənərbağça" (Türkiyə)

İlk oyun - 3:2

00:00. "Vitess" (Niderland) - "Rapid" (Vyana, Avstriya)

İlk oyun - 1:2

00:00. PAOK (Yunanıstan) - "Midtüllan" (Danimarka)

İlk oyun - 0:1