Kolumbiya millisinin futbolçusu İtaliyada klubunu dəyişib

Futbol
  • 07 avqust, 2025
  • 10:33
Kolumbiya millisinin futbolçusu İtaliyada klubunu dəyişib
Xuan Kuadrado

Kolumbiya millisinin futbolçusu Xuan Kuadrado İtaliyada klubunu dəyişib.

"Report" xəbər verir ki, 37 yaşlı vinger "Atalanta"dan A Seriyasının digər təmsilçisi "Piza"ya keçib.

Bu barədə "Piza"nın mətbuat xidməti məlumat yayıb. Komanda 2025/2026 mövsümündə A Seriyasında mübarizə aparmaq hüququ qazanıb.

Qeyd edək ki, X.Kuadrado daha əvvəl İngiltərədə "Çelsi", İtaliyada "Yuventus", "Udineze", "Leççe", "Fiorentina" və "İnter" kimi klubların formasını geyinib. O, bu müddətdə 6 dəfə İtaliya çempionluğunu, 4 dəfə İtaliya Kubokunu, 2 dəfə İtaliya Superkubokunu, 1 dəfə İngiltərə çempionluğunu və Liqa Kubokunu qazanıb. Hücumçu Kolumbiya millisində meydana çıxdığı 116 oyunda 10 qola müəlliflik edib.

44 - Tezliklə