Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso: "Müdafiədəki oyunumuz məni razı saldı"
- 04 iyul, 2026
- 10:03
Yeniliklərdən dərhal xəbərdar olun!
DÇ-2026-nın 1/16 finalında Qana ilə matçda (1:0) Kolumbiya millisi müdafiədə yaxşı oynayıb.
"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Nestor Lorenso oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis müdafiəçilərin üzərinə böyük yük düşdüyünü vurğulayıb:
"Bir neçə qol vəziyyəti yaratsaq da, bunlardan yararlana bilmədik, lakin müdafiədəki oyunumuz xoşuma gəldi. Rəqibin təmiz qol imkanlarını çıxmaq şərtilə, çox əziyyət çəkmədiyimiz faktını yüksək qiymətləndirirəm".
N.Lorenso 1/8 finaldakı rəqibləri İsveçrə yığmasının oyun üslubuna da toxunub:
"Onların intizamı var, həmçinin yarımmüdafiə və hücum xəttində güclü futbolçulara malikdirlər. Çox inamlı çıxış edirlər. Bu, çox çətin bir matç olacaq".
Qeyd edək ki, Kolumbiya millisi 1/8 finalda İsveçrə ilə üz-üzə gələcək.