Kolumbiya Futbol Federasiyası baş məşqçi Nestor Lorenso ilə müqavilənin müddətini uzadıb

Futbol
  • 24 iyul, 2026
  • 10:41
Kolumbiya Futbol Federasiyası baş məşqçi Nestor Lorenso ilə müqavilənin müddətini uzadıb

Kolumbiya Futbol Federasiyası milli komandanın baş məşqçisi Nestor Lorenso ilə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilənin müddəti açıqlanmayıb.

Kolumbiya millisi Nestor Lorensonun rəhbərliyi altında 2026-cı il dünya çempionatının 1/8 finalına yüksəlib. Komanda bu mərhələdə İsveçrəyə penaltilər seriyasında uduzub. Oyunun əsas və əlavə vaxtı qolsuz başa çatıb, penaltilər seriyası isə 3:4 hesabı ilə yekunlaşıb.

60 yaşlı argentinalı mütəxəssis 2024-cü ildə keçirilən Amerika Kubokunda Kolumbiya millisini finala çıxarmağı bacarıb.

44 filmi