Klublararası dünya çempionatının ilk finalçısı müəyyənləşib

Futbol
  • 17 dekabr, 2014
  • 05:45
Klublararası dünya çempionatının ilk finalçısı müəyyənləşib

Bakı. 17 dekabr. REPORT.AZ/ Mərakeşdə keçirilən klublararası dünya çempionatının ilk finalçısı müəyyənləşib. "Report"un məlumatına görə, yarımfinalda İspaniyanın "Real Madrid" klubu Meksikanın "Krus Asul" komandasını darmadağın edib - 4:0. 

Qolları Serxio Ramos, Kərim Benzema, Qaret Beyl və İsko vurub. "Krus Asul"un futbolçusu Xerardo Torrado 40-cı dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. 

Qeyd edək ki, digər finalçı bu axşam Argentinanın "San Lorenso" və Yeni Zelandiyanın "Oklend Siti" komandaları arasında keçiriləcək yarımfinal matçında müəyyənləşəcək. 

44 - Tezliklə