Klublararası dünya çempionatı: PSJ "Bavariya"nı 9 nəfərlə məğlub edərək yarımfinala yüksəlib

Futbol
  • 05 iyul, 2025
  • 22:36
Klublararası dünya çempionatı: PSJ Bavariyanı 9 nəfərlə məğlub edərək yarımfinala yüksəlib

PSJ klublararası dünya çempionatının 1/4 finalında "Bavariya"nı məğlub edib.

"Report"un məlumatına görə, oyun Atlantadakı (ABŞ) "Mercedes-Benz Stadium"da baş tutub.

Hesabı 78-ci dəqiqədə parislilərin yarımmüdafiəçisi Desire Due açıb. Hücumçu Usman Dembele 90+7-ci dəqiqədə “qırmızı-göylər”in üstünlüyünü artırıb - 2:0.

İlk hissənin sonunda "Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşma nəticəsində ciddi xəsarət alıb.

Matçın 83-cü dəqiqəsində Fransa klubunun müdafiəçisi Villian Paço birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Əlavə vaxtda isə onun komanda yoldaşı Lukas Ernandes meydandan qovulub.

PSJ turnirin yarımfinalında "Real" (Madrid) - "Borussiya" (Dortmund) matçının qalibi ilə qarşılaşacaq.

44 - Tezliklə