Klublar Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib

Futbol
  • 14 fevral, 2017
  • 12:18
Klublar Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib

Bakı. 14 fevral. REPORT.AZ/ AFFA-nın Klublar Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbyacan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri fevralın 15-də “Boulevard Hotel Baku” otelində bir araya gələcəklər.

Toplantı saat 11:00-da başlayacaq.

Qeyd edək ki, bu, Klublar Komitəsinin 2017-ci ildə ilk iclası olacaq. Klub nümayəndələri sonuncu dəfə ötən il dekabrın 23-də bir araya gəliblər.