Klub prezidenti Messinin "Barselona"ya futbolçu kimi qayıdışını qeyri-real adlandırıb
- 21 noyabr, 2025
- 01:16
Argentinalı hücumçu Lionel Messinin futbolçu kimi İspaniyanın "Barselona" klubuna qayıdışı real deyil.
"Report"un məlumatına görə, bunu klubun prezidenti Xuan Laporta bəyan edib. Fabrizio Romano "X" sosial şəbəkəsində onun sözlərindən stat gətirib.
Bundan əvvəl "İnter Mayami" Messinin müqaviləsini 2028-ci ilin dekabrına qədər uzatdığını açıqlamışdı.
"Lionel Messinin oyunçu kimi qayıdışı sadəcə olaraq real deyil. Hazırda onun "İnter Mayami" ilə müqaviləsi var. Klub həm bu gün, həm də gələcək üçün layihə qurur. Əgər keçmişdə yaşayırsansa, irəli getmək çətindir", – deyə Laporta bildirib.
Messi 38 yaşındadır. O, 2003–2021-ci illərdə "Barselona"da çıxış edib. Hücumçu klubla birlikdə 10 dəfə İspaniya çempionu, 8 dəfə İspaniya Superkubokunun, 7 dəfə İspaniya Kubokunun qalibi olub, 4 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb. Həmçinin klubun ən çox qol, assist və oyun rekordu da ona məxsusdur.
Messi Argentina millisinin tarixində ən yaxşı bombardirdir. O, yığma ilə birlikdə dünya çempionu (2022), "Finalissima" qalibi (2022), Amerika Kubokunun qalibi (2021, 2024), Olimpiya çempionu (2008) və gənclər üzrə dünya çempionu (2005) olub. Argentinalı futbolçu rekord sayda – 8 dəfə "Qızıl top" mükafatını qazanıb.
2023-cü ilin iyununda Messi "Barselona"dan ayrıldıqdan sonra Fransanın "Paris Sen-Jermen" klubunda oynayıb və daha sonra "İnter Mayami"yə keçib.