Klub prezidenti kubokda uduzan komandasına qeyri-adi cəza verdi
Futbol
- 28 sentyabr, 2020
- 15:26

Portuqaliyanın "Lusitania" klubunun prezidenti Uqu Mendeş ölkə kubokunda "San-Juan-de-Ver"ə uduzan komandasını qeyri-adi üsulla cəzalandırıb.
"Report" xəbər verir ki, futbolçular 0:1 hesablı məğlubiyyətə görə matçın keçirildiyi stadiondan bazayadək 5 km-lik məsafəni piyada getməli olublar.
U.Mendeşin həmçinin oyunçuların fiziki durumundan narazı qaldığı üçün bu addımı atdığı bildirilib.
Klub prezidentinin hərəkəti ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb. Portuqaliya Oyunçular İttifaqı (SAFP) Mendeşin dərhal üzr istəməli olduğunu açıqlayıb.
Qeyd edək ki, Portuqaliya kubokuna 4 liqadan ümumilikdə 165 komanda qatılır. Yuxarı liqa təmsilçiləri mübarizəyə 3 mərhələdən start verirlər.
Son xəbərlər
17:16
Tacikistan XİN: Bakıda əldə olunan nəticələr su sahəsində beynəlxalq əməkdaşlığa töhfə verəcək
İnfrastruktur17:09
Azərbaycanlı məşqçi Macarıstanda keçiriləcək beynəlxalq kursa qəbul olunub
Komanda17:07
Foto
Azərbaycanda "Andersen lab" beynəlxalq İT şirkətinin mərkəzi açılıb
İKT17:06
Naxçıvana leysan və dolu yağır
Ekologiya17:06
"Birkart"ın istiqrazlarına 62 investor maraq göstərib
Maliyyə16:59
İsveç Ukraynaya 820 milyon avroluq hərbi yardım paketi elan edib
Digər ölkələr16:58
Lukaşenko: Trampa sülhün bərqərar olması missiyasında kömək etməyə hazıram
Digər ölkələr16:42
İsrail şirkəti: Abşeronun su probleminin həlli üçün ən yaxşı texnologiyalar seçilir
İnfrastruktur16:39