Kloze: Almaniya yığmasına qayıtmayacağam

Futbol
  • 08 mart, 2015
  • 07:08
Kloze: Almaniya yığmasına qayıtmayacağam

Bakı. 8 mart. REPORT.AZ/ “Latsio” futbol klubunun hücumçusu Miroslav Kloze 2014-cü ildə Braziliyada keçirilən Dünya çempionatından sonra Almaniya yığmasını tərk etdiyinə görə heyfslənmədiyini bildirib.

"Report"un Sportbox.az-a istinadən verdiyi məlumata əsasən, futbolçu yığmaya qayıtmaq istəmədiyini deyib.

“Mən daha oynamamaq qərarına gəldim. Lakin hələ karyeramı bitirməmişəm. Yığmada 137 oyun keçirmişəm. Mən indiyədək qəbul etdiyim qərarları dəyişməmişəm”, - deyə futbolçu bildirib.

44 - Tezliklə