Klinsmann Cənubi Koreya yığmasının baş məşqçisi təyin olunub
Futbol
- 27 fevral, 2023
- 11:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yurgen Klinsmann Cənubi Koreya yığmasının baş məşqçisi təyin olunub.
"Report" xəbər verir ki, bu barədə Cənubi Koreya Futbol Assisiasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.
Almaniyalı mütəxəssis Asiya təmsilçisi ilə 3,5 il müddətinə müqavilə imzalayıb. Anlaşmaya əsasən, o, 2026-cı ildə keçiriləcək dünya çempionatının sonunadək komandaya başçılıq edəcək. Müqavilənin şərtinə görə, 58 yaşlı məşqçi bu müddət ərzində Cənubi Koreyada yaşayacaq.
Bu postda portuqaliyalı Paulu Bentunu əvəzləyən Klinsmannın debütü martın 24-də Ulsanda Kolumbiya millisinə qarşı keçiriləcək yoldaşlıq görüşünə təsadüf edəcək.
Qeyd edək ki, Yurgen Klinsmann son olaraq 2019/2020 mövsümündə Almaniyanın "Herta" klubuna rəhbərlik edib.
Son xəbərlər
16:24
Paşinyan və Purməhəmmədi regional kommunikasiyaların açılması məsələsini müzakirə edib
Region
16:23
Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb
Komanda
16:21
Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq
Biznes
16:17
Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür - Rəy
Daxili siyasət
16:04
GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib
Energetika
15:57
Cüdoçu Riner Fransa prezidentliyinə namizədliyini irəli sürəcək
Digər ölkələr
15:54
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb
Futbol
15:52
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Maliyyə
15:48
Video
İzmirdə zavodda partlayışda ölənlərin sayı 6-ya yüksəlib - Yenilənib-3
Region