Klaudio Ranyeri cari mövsümün sonunda karyerasını bitirəcək

Futbol
  • 19 mart, 2025
  • 09:37
Klaudio Ranyeri cari mövsümün sonunda karyerasını bitirəcək
Klaudio Ranyeri

İtaliyanın "Roma" klubunun baş məşqçisi Klaudio Ranyeri cari mövsümün sonunda karyerasını bitirəcək.

"Report" xəbər verir ki, 73 yaşlı mütəxəssis bu barədə "Corriere dello Sport"a açıqlamasında bildirib.

"Kalyari"ni A Seriyasına çıxardıqdan sonra məşqçilikdən getdiyini elan etsə də, sonradan "Roma"nı çalışdırmağa razılıq verən məşqçi qərarını qətiləşdirdiyini söyləyib.

K.Ranyeri karyerası ərzində İtaliyada "Klayari"dən başqa, “Napoli”, “Fiorentina”, “Parma”, “Yuventus”, “Roma”, “İnter”, “Sampdoriya”, İspaniyada “Valensiya”, “Atletiko”, Fransada “Monako”, “Nant”, İngiltərədə “Çelsi”, “Fulhem” “Uotford” və “Lester” klublarını çalışdırıb. O, Yunanıstan millisinə də rəhbərlik edib.

Mütəxəssisin rəhbərliyi altında “Lester” 2015/2016 mövsümündə İngiltərə çempionu olub, "Valensiya" isə İspaniya, İntertoto və UEFA Superkubokuna sahib çıxıb.

Qeyd edək ki, "Roma" onun rəhbərliyi altında A Seriyasında son 6 matçda qalib gəlib. Komanda turnir cədvəlində 49 xalla 7-ci pillədə qərarlaşıb.