Kiyev “Dinamo”sunun futbolçusunun avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub

Futbol
  • 05 dekabr, 2017
  • 09:13
Kiyev “Dinamo”sunun futbolçusunun avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub

Bakı. 5 dekabr. REPORT.AZ/ Kiyev “Dinamo”sunun futbolçusu Denis Qarmaşın avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub. 

“Report” TSN-ə istinadən xəbər verir ki, hadisə Ukraynanın paytaxtında baş verib.

Bildirilir ki, onun avtomobili Dnepropetrovsk küçəsində yeraltı dayanacaqda atəşə məruz qalıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisənin təfərrüatları araşdırılır.