KİV: Ronaldu "Əl-Nəsr"dən ayrılmaq istəyir
Futbol
- 23 may, 2023
- 08:59
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrılmaq istəyir.
"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 38 yaşlı hücumçu müqaviləsini vaxtından əvvəl pozmaq niyyətindədir.
Nəşrin müasir cəmiyyətdən uzaq adlandırdığı Səudiyyə Ərəbistanının infrastrukturu Ronaldunu qane etmir. Yaxın ətrafı onun Avropaya qayıtması üçün çalışır.
Təcrübəli forvard üzrlü səbəb olmadan "Əl-Nəsr"i tərk etmək qərarına gəlsə, FIFA qaydalarına əsasən, qalan iki illik sözləşmə üçün təzminat ödəməli olacaq. Bundan əlavə, oyunçuya sanksiya da nəzərdə tutulacaq.
Qeyd edək ki, Ronaldu ilin əvvəlindən "Əl-Nəsr"in formasını geyinir. O, yerli çempionatda 14 matça çıxıb və 13 qola imza atıb.
Son xəbərlər
06:46
WSJ: İran Trampa qarşı sui-qəsd hazırlaya bilər
Digər ölkələr06:18
"Reuters": Putin Ukraynadakı müharibənin yeni eskalasiyasına hazırlaşır
Region05:59
Yardımlıda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Energetika05:33
Qrossi Misirdə atom energetikasının rolunu qabardıb
Digər ölkələr05:05
Ali Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Daxili siyasət04:54
Tramp: Təyyarəqayırma sənayesi müdafiə ehtiyaclarının təminatında çətinlik çəkir
Digər ölkələr04:29
Venesuelada zəlzələ qurbanlarının sayı artıb
Digər ölkələr04:01
Çindəki zooparkda 100-dən çox heyvanı sel aparıb
Digər ölkələr03:36