KİV: "Marsel" Fransa Peşəkar Futbol Liqasını məhkəməyə verəcəyi ilə hədələyib

Futbol
  • 22 sentyabr, 2025
  • 21:57
KİV: Marsel Fransa Peşəkar Futbol Liqasını məhkəməyə verəcəyi ilə hədələyib

Fransanın PSJ klubu çərşənbə axşamı V turda "Marsel"lə qarşılaşmaları olduqları oyunun təxirə salınmasını istəyib.

"Report" "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, "Marsel" rəhbərliyi təklif qəbul ediləcəyi təqdirdə Liqa 1-i məhkəməyə verəcəyini bildirib.

İlk olaraq matç bazar günü Marseldə keçirilməli idi. Lakin əlverişsiz hava şəraiti səbəbindən görüş təxirə salınıb.

Daha sonra PSJ tərəfi "Qızıl top" mərasiminə qatıldığı üçün bazar ertəsinə planlaşdırılan görüşə çıxa bilməyəcəyini söyləyib.

İndiki halda matç çərşənbə axşamına qədər təxirə salınarsa, "Marsel" klubu Fransa Peşəkar Futbol Liqasını (LFP) məhkəməyə vermək hüququna malikdir. Çünki reqlamentdə hava şəraitinə görə tamamlanmayan və ya təxirə salınan matçın ertəsi gün oynanılması nəzərdə tutulub.

Son xəbərlər

Bütün Xəbər Lenti