Kipr klubu Azərbaycan millisinin futbolçusu ilə vidalaşıb - RƏSMİ

Futbol
  • 18 may, 2018
  • 05:27
Kipr klubu Azərbaycan millisinin futbolçusu ilə vidalaşıb - RƏSMİ

Bakı. 18 may. REPORT.AZ/ Kiprin “Anortosis” klubu Azərbaycan millisinin futbolçusu Araz Abdullayevlə yollarını ayırıb.

“Report” Famaqusta təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə icarə müqaviləsinin müddəti artırılmayıb. O, məxsus olduğu “Qəbələ” klubuna dönəcək.

Qeyd edək ki, Araz Abdullayev başa çatan mövsümdə “Anortosis”in heyətində 30 oyuna çıxıb və 3 qol vurmaqla yanaşı, eyni sayda məhsuldar ötürmə verib. Onun karyerasını “Neftçi”də davam etdirəcəyi gözlənilir.

44 - Tezliklə