Kilian Mbappe Avropada ötən ilin ən yaxşı futbolçusu hesab edilib

Futbol
  • 06 fevral, 2023
  • 07:25
Kilian Mbappe Avropada ötən ilin ən yaxşı futbolçusu hesab edilib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa zonası üzrə 2022-ci ilin ən yaxşı oyunçusunu açıqlayıb.

"Report"un məlumatına görə, IFFHS-in versiyasına əsasən, bu ada Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe layiq görülüb.

Qeyd edək ki, 25 yaşlı forvard ötən il Qətərdə keçirilmiş dünya çempionatında gümüş medal qazanıb. O, 7 qolla mundialın bombardiri olub.