Tyerri Anri Belçika komandasının baş məşqçisi olmaq istəyir
Futbol
- 29 aprel, 2019
- 14:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransalı məşqçi Tyerri Anri Belçikanın "Anderlext" komandasının baş məşqçisi olmaq istəyir.
"Report" "Hln.be" saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis Brüssel təmsilçisinə xidmətlərini təklif edib.
Bildirilir ki, klub hazırda Anrinin komandaya baş məşqçi təyin olunması imkanını, çox güman ki, nəzərdən keçirmir.
Daha əvvəl Anrinin ABŞ-ın “Nyu-York Red Bullz” komandasına rəhbərlik edəcəyi yazılsa da, klub bu xəbəri təkzib edib.
Qeyd edək ki, Tyerri Anri ötən ilin oktyabrında Fransa "Monako"sunun baş məşqçisi təyin olunub. O, uğursuz nəticələrə görə üç aydan sonra vəzifəsindən göndərilib. Sabiq hücumçu Fransa yığmasının heyətində 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olub.
Son xəbərlər
13:27
Azərbaycan və Hindistan XİN başçıları Cənubi Qafqazdakı mövcud vəziyyəti də müzakirə ediblər
Xarici siyasət
13:25
Ceyhun Bayramov: Azərbaycanda Hindistandan 500 tələbə təhsil alır
Xarici siyasət
13:25
Bir sıra qanunların "Aqrar sahə haqqında" qanun layihəsinə uyğunlaşdırılması I oxunuşda qəbul olunub
ASK
13:24
Deputat: "Aqrar bölgələr üçün kommunal tarifləri azaldılmalıdır"
Energetika
13:23
Hindistan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat xətti layihələrinə maraq göstərir
Xarici siyasət
13:20
"Aqrar sahə haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub
ASK
13:18
Nazir: Cari ilin 9 ayı ərzində Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 600 milyon dollar olub
Xarici siyasət
13:18
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
Xarici siyasət
13:17
"Şəfa"nın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalanıb
Futbol