KİV: Karlo Ançelotti "Arsenal"ın yeni baş məşqçisi olmağa razılıq verib
Futbol
- 11 yanvar, 2018
- 09:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 yanvar. REPORT.AZ/ Almaniyanın "Bavariya" futbol komandasının sabiq baş məşqçisi Karlo Ançelotti İngiltərə "Arsenal"ının sükanı arxasına keçəcək.
"Report"un "Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, London klubu hazırkı baş məşqçi Arsen Vengerlə mövsümün sonunda yollarını ayırmaq niyyətindədir. Fransalı mütəxəssisi isə italiyalı həmkarı əvəzləyəcək.
Artıq Ançelotti "Arsenal"da çalışmağa razılıq verib. 58 yaşlı mütəxəssisin İngiltərə Premyer Liqasında "Çelsi" ilə iş təcrübəsi var. O, "topçular"ın baş məşqçisi kimi 10 milyon avro qazanacaq. Bura mükafatlar daxil deyil.
Qeyd edək ki, Karlo Ançelotti İtaliya yığmasının baş məşqçi postuna da namizədlər siyahısındadır.
Son xəbərlər
17:25
Vüsal Şilderin qətli ilə bağlı məhkəmədə 13 il əvvəl hadisəyə şahid olan şəxs ifadə verib
Hadisə
17:22
MKA: Dövlət rəsmilərinin yaxınlarına qarşı kütləvi kiberdələduzluq cəhdləri müşahidə olunur
İKT
17:21
Tokayev: "Rafinə olunmuş mis istehsalçıları arasında ilk onluğa daxil olacağıq"
Sənaye
17:19
Tofiq Rəsulov: "Şəbəkə sənətində əsas sifarişlər xaricdən gəlir"
Biznes
17:15
"Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib
Futbol
17:15
Araz Bağırov 1 oyunluq cəzalanıb, "Şamaxı" klubu 2500 manat cərimələnib
Futbol
17:09
Foto
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
Qarabağ
17:05
Nazir: İtaliyadakı iğtişaşlar sosial şəbəkələrdəki hibrid müharibənin nəticəsidir
Digər ölkələr
17:03
Foto
Bakıda Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransına üzv ölkələrin dəyirmi masası keçirilib
Hadisə