KİV: Arsen Venger "Arsenal"ın baş məşqçisi postundan istefa verəcək

Futbol
  • 08 yanvar, 2018
  • 11:05
KİV: Arsen Venger Arsenalın baş məşqçisi postundan istefa verəcək

Bakı. 8 yanvar. REPORT.AZ/ İngiltərənin “Arsenal” futbol komandasının baş məşqçisi Arsen Venger cari mövsümün sonunda postunu tərk edəcək.

“Report” “Fox Sports”a istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis müqaviləsindəki xüsusi bənddən yararlanaraq, belə bir addım atmağı planlaşdırır. Bildirilir ki, fransalını əvəzləməyə ən real namizəd “Arsenal”ın sabiq futbolçusu, hazırda “Mançester Siti”də baş məşqçi Xosep Qvardiolanın köməkçisi olan Mikel Artetadır.

Qeyd edək ki, Arsen Venger 1996-cı ildən “Arsenal”a rəhbərlik edir. London təmsilçisi onun rəhbərliyi altında 3 dəfə Premyer Liqanın qalibi olub, 7 dəfə İngiltərə Kubokunu və Superkuboku qazanıb.